"İnter" - "Neftçi" matçından sonra komandasının məğlubiyyətini həzm edə bilməyən, klub futbolçularına etiraz etmək üçün meydana girən "Neftçi" azarkeşi Nurlan Əziz saxlanılaraq, bölməyə aparılıb.
Sportarena.az xəbər verir ki, bu gün həmin azarkeşin məhkəməsi olub. Nizami rayon məhkəməsi fanatın 5 sutkalıq həbs olunması ilə bağlı qərar çıxarıb.