Azərbaycan Premyer Liqasının yayım hüququ haqda Türkiyə mətbuatı şok iddia ilə çıxış edib.
Sportarena.az xəbər verir ki, yayılan məlumatda Topaz Premyer Liqasının 2015-16 mövsümü üçün yayım hüququnun "Saran" Şirkətlər Qrupu tərəfindən alındığı qeyd olunub. Həmçinin vurğulanıb ki, bütün canlı yayımlar məhz bu şirkət tərəfindən həyata keçirilir və "CBCSport" kanalı vasitəsi ilə tamaşaçılara çatdırılır.
Qeyd edək ki, AFFA rəsmi saytı vasitəsi ilə yayım hüququnu CBC telekanalının aldığını elan etmişdi.