Ukraynanın "2+2" telekanalı "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı reportaj hazırlayıb. Sportarena.az xəbər verir ki, reportajda klubun prezidenti Tale Heydərovun da ukraynalı mütəxəssis haqda fikirlərinə yer verilib:
"Düşünürəm ki, hələlik Qriqorçukun Ukraynaya qayıtmaq fikri yoxdur. Əgər gələcəkdə bu fikrə düşsə, biz əlimizdən gələni edəcəyik ki, onu komandamızda saxlayaq".
Heydərov komandanın avrokuboklardakı çıxışını da dəyərləndirib: "Mən Avroliqada bu mövsümdə birdən-birə üç mərhələ keçəcəyimizi gözləmirdim. Amma biz buna nail olduq. Məncə, bu artıq çox böyük uğurdur".
Klubun vitse-prezidenti Fariz Nəcəfov isə Qriqorçuk haqda bunları deyib: "Biz hələ uzun müddət Roman Qriqorçukla işləmək istəyirik. Biz son on ildə axtardığımız məşqçini tapmışıq".