PFL-in təqvimində növbəti dəyişiklik - Avroliqa və canlı yayıma görə

14:15 19 Avqust 2015

Azərbaycan Premyer Liqasının III turunun AZAL – “Qarabağ” oyununun keçirilmə vaxtı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, matç əvvəlcədən nəzərədə tutulduğu kimi avqustun 22-i yox, bir gün gec - avqustun 23-ü keçiriləcək.Buna Ağdam klubunun avqustun 20-i Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Yanq Boyz"la (İsveçrə) qarşılaşması səbəb olub.


Canlı yayımla əlaqədar olaraq, “Zirə” –“İnter” matçı isə avqustun 22-i yox, avqustun 24-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti