"Sumqayıt" rəhbərliyi Premyer Liqanın III turunda komandanın "Neftçi"yə bilərəkdən uduzacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klubun prezidenti Kamran Quliyev Sportarena.az-aaçıqlamasında məsləyə aydınlıq gətirib. O, istənilən halda bu yola əl atmayacaqlarını söyləyib:
"Mətbuatı izləyirəm. Eləcə də sizin saytınızı. Belə bir xəbərlə rastlaşmamışam. Onu deyim ki, qətiyyən belə bir şey ola bilməz. İki klubun rəhbərliyi doğma qardaş olsalar belə, bu, həm idman, həmdəşəxsi prinsiplərə ziddi. Buna yol verə bilmərik. Mümkün olan şey deyil. Başda rəhbərliyimiz ola-ola elə şey baş verə bilməz".