"Panatinaikos"un futbolçusu: "Bütün gücümüzü meydanda qoyacağıq"

20:14 19 Avqust 2015

"Komanda artıq çətin dövrünü geridə qoyub. Sabahkı oyunda da “Panatinakos”un yüksəlişə keçdiyini göstərməyə çalışacağıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Panatinaikos”un futbolçusu Nikos Marinakis Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, “Qəbələ”nin 3 mərhələni uğurla adlaması komandanın gücünü göstərir: "Zəif deyil, güclü rəqiblə oynayacağımızı bilirik. Bütün gücümüzü meydanda qoyacağıq”.

 

N.Marinakis “Panatinaikos”un ulduz futbolçusu Maykl Essyenin yoxluğundan da söz açıb: “Essyenin komandada olması bizim üçün əlavə güc olardı. Amma əvvəllər də onsuz oynamışıq. Hazırkı heyətlə də oyunumuzu göstərməyə qadirik”. (qol.az)


Digər xəbərlər

Xəbər xətti