“Xəzər Lənkəran”ın düşərgəsinə baxışdan keçmək üçün iki futbolçu gəlib. Sportarena.az “12cioyuncu.info”ya istinadən xəbər verir ki, yeni legionerlərin biri Serbiyadan, digəri isə Xorvatiyadandı.
Serbiyadan olan Milorad Janjus ampluaca hücumçu, xorvat futbolçu Sanin Muminoviç isə mərkəz yarımmüdafiəçisi, başqa sözlə pleymeykerdi.
Qeyd edək ki, hər iki futbolçu “Xəzər Lənkəran”ın 19 avqust axşam məşqində iştirak ediblər.