"Qarabağ" qrup mərhələsinin qapısını araladı - YENİLƏNİB

00:49 21 Avqust 2015

Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin oyunlarına start veriləcək. Sportarena.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da ilk sınağına çıxacaq.

 

Ağdam klubu ilk imtahanını İsveçrədə verəcək. Qurban Qurbanovun komandası səfərdə yerli "Yanq Boyz"la üz-üzə gələcək.

 

Ötən mövsüm Hollandiya "Tvente"sini mübarizədən kənarlaşdıraraq Avroliqanın qrupuna vəsiqə qazanan "Qarabağ" yenə eyni uğuru təkrarlamaq niyyətindədi. Bunun üçünsə ağdamlılar ilk oyundan sərfəli nəticə ilə qayıtmağa çalışacaqlar.

 

"Yanq Boyz" - "Qarabağ" oyunu Bkı vaxtı ilə 23:00-da başlayacaq.

 

Avroliqa, "pley-off" mərhələsinin ilk oyunu

 

20 avqust

 

3:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) 0:1
Qol:
Riçard Almeyda, 67

Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (Rusiya)
Bern. “Stad de Suiss”

 

"Yanq Boyz": Mvogo, Milan Vilotiç, Von Bergen, Yan Lekyaks, Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani, Milan Qayiç, Rafael Nuzzolo, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli,Floren Haderqyonay, Qreqori Vütriç, Denis Zakariya, . Aleksandr Qonzalez, Haris Tabakoviç, Samuel Afum

 

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Əfran İsmayılov


Digər xəbərlər

Xəbər xətti