"Rəvan" yeni transferi ilə yollarını ayırıb. Klubdan Sportarena.az saytına verilən məlumata görə, "aslanlar" bir müddət öncə müqavilə bağladığı Mindauqas Kalonası geri göndərib.
Buna baş məşqçi Emin Quliyevin qərarı səbəb olub. Belə ki, futbolçunun artıq çəkisi və oyun praktikasının az olması gənc çalışıdırıcını bu cür addım atmağa vadar edib.
Qeyd edək ki, Kalonasın Azərbaycanda ilk klubu məhz "Rəvan" olub.