"Çox istərdim ki, Azərbaycanın ilk dəfə 2 klubu qrupda olsun"

16:03 20 Avqust 2015

"Komanda əzmkar oyunu ilə 3 mərhələ keçdi və pley-off mərhələsində oynamağa layiq olduğunu göstərdi. Bu uğuru alqışlamaq lazımdır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın məşqçisi Mahmud Qurbanov deyib. "Qəbələ" İK qəzetinə danışan mütəxəssis komandanın "Panatinaikos"la oyununa da toxunub:

 

"Qriqorçukun heyətə yeni cəlb etdiyi futbolçular komandaya hələ tam adaptasiya olmasalar da, “Qəbələ” komanda şəklində sonadək mübarizə aparmaqla pley-off mərhələsinədək irəliləyib. Növbəti uğura imza atmaq üçün “Panatinaikos”u da üstələmək lazımdır. “Qəbələ”nin yeni futbolçuları çox təcrübəlidir. Komanda həm də onların zəngin təcrübəsindən bəhrələnərək uğur qazana bilər. Bütün bunlar bizdə “Qəbələ”nin qrup mərhələsinə vəsiqə qazanacağına inam yaradır. Çox istərdim ki, Azərbaycan ilk dəfə 2 klubla qrup mərhələsinin iştirakçısı olsun. Bu, baş versə, futbolumuz üçün böyük uğur olacaq. Fürsətdən istifadə edib, qəzetiniz vasitəsilə həm “Qəbələ”yə, həm də "Qarabağ"a pley-offda uğurlar arzulayıram".


Digər xəbərlər

Xəbər xətti