"Neftçi İdman Klubu" möhtəşəm layihələrə start verdi

18:36 20 Avqust 2015

"Neftçi İdman Klubu” öz fəaliyyəti və əldə etdiyi nəticələrə görə daim ölkənin ən öncül idman təşkilatlarından olub. Sportarena.az xəbər verir ki, liderliyi əldə saxlamaq üçün klub həmişə yeniliklər axtarışında olub, yeni-yeni ideyalarla gündəmə gəlib.

 

Bu gün daha yeni bir layihəni gerçəkləşdirmək məqsədilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov qurumun müxtəlif sahələri əhatə edən mütəxəssisləri ilə görüş keçirib. Bir araya gəlmiş klub rəsmilərinin apardıqları müzakirələr xoş əhval-ruhiyyə ilə sonuclanıb. Tezliklə ölkə idmanının inkişafına öz töhfəsini verəcək bu yeni layihəyə start verilib.


Digər xəbərlər

Xəbər xətti