"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandanı tək qoymayıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, o, "Qarabağ"ı dəstəkləmək üçün bugün İsveçrəyə gedib.
Oyundan öncə məşqçilər korpusu və futbolçularla görüşən Gözəl "Yanq Boys" - "Qarabağ" qarşılaşmasında komandanın yanında olacaq.