"Qəbələ"nin futbolçusu Rafael Santos Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la cavab oyununu buraxacaq.
Sportarena.az xəbər verir ki, buna onun Yunanıstan klubu ilə ilk matçın 49-cu dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
Qeyd edək ki, R.Santos bundan əvvəl Avroliqanın ikinci təsnifat mərhələsində "Çukariçki" ilə oyunlarda sarı vərəqə ilə cəzalandırılmışdı.