"Artıq Afinadakı görüşə köklənəcəyik" - Yannis Anastasiu

23:33 20 Avqust 2015

“Hər iki tərəfi yaxşı oyuna görə təbrik edirəm”. Sportarena.az xəbər verir ki, bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

 

Yunanıstan klubu UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçirilən ilk oyunda “Qəbələ”nin qonağı olub və görüş 0:0 hesabı ilə nəticələnib.

 

Afina təmsilçisinin çalışdırıcısı oyunsonrası mətbuat konfransında sözlərinə bu cür davam edib: “Fikrimcə, qələbəyə yaxın idik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Amma rəqib də qol vura bilmədi. Oyunçularım bacarıqlarını göstərdilər. Artıq Afinadakı görüşə köklənəcəyik. Mən stadiondakı atmosferə və dostluq münasibətinə görə, “Qəbələ” klubuna və Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm ki, eyni dostluq münasibətini biz də Yunanıstanda göstərəcəyik”.

 

- Düzdü, komandanız məğlub olmadı. Düşünmürsüz ki, qələbə qazansaydınız, işiniz daha asan olardı?

- Artıq düşünməkdən keçib. 10 gündə 4 önəmli oyunumuz var. Artıq biri geridə qaldı. Biz cavab matçının önəminin fərqindəyik.

 

- Qələbəni əldən verdiniz, yoxsa məğlubiyyətdən qaçdınız?

- Əldə olunan hesab barədə düşünməyə dəyməz. Bundan sonra tam diqqət cavab görüşünə yönəlib.

 

- Bir epizodda Rikardinyo sizin zədələnən oyunçunuza yardım etmək istəyəndə, “Panatinaikos”un digər oyunçusu ona sərt reaksiya göstərdi. Bunu necə başa düşmək olar?

- Bu, futboldu. Belə hallar baş verə bilər. Komanda yoldaşının meydançada əziyyət çəkdiyini görən oyunçu bundan narahatlığını büruzə verirdi. Bunu sırf oyun epizodu kimi qiymətləndirmək lazımdı. Həmin futbolçumuz xəstəxanaya aparılıb. Komanda ilə birlikdə qayıda bilməyəcək. Bir gün xəstəxanada qalacaq. Zədəsinin hansı durumda olduğunu isə hələ dəqiq bilmirəm. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti