"Onun dilinin qatlandığını zənn etdim" - "Qəbələ"nin futbolçusu

10:56 21 Avqust 2015

"0:0 hesabı bizim üçün pis nəticə deyil. Səfərdə bu komandaya qol vurmaq gücündəyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 0:0 bərabərə qaldıqları ilk görüşdən sonra deyib.

 

Müdafiəçi matçın sonlarında rəqib futbolçu ilə yaşadığı kiçik mübahisəyə də münasibət bildirib: "Mən rəqib futbolçuya kömək etmək istəyirdim. Rəqib komandanın futbolçuları da elə bildilər ki, vaxt qazanmasın deyə onu qaldırmağa çalışıram. Hərçənd mən yerdə qalan oyunçunun dilinin qatlandığını zənn etdim. Belə vəziyyət məndə də olub".

 

Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti