Azərbaycan Bolqarıstanı keçib, Norveçə yaxınlaşdı

13:12 21 Avqust 2015

"Qarabağ" və "Qəbələ"nin Avroliqanın "pley-off" mərhələsinin ilk oyunlarında göstərdikləri nəticələr Azərbaycanın UEFA-nın əmsallar cədvəlində xeyli irəliləməsinə səbəb olub. Sportarena.az xəbər verir ki, Ağdam klubunun səfərdə "Yaqn Boyz"u məğlub etməsi, əyalət təmsilçimizin isə evdə "Panatinaikos"la qolsu heç-heçəsi ölkəmizə 1,5 reytinq xalı qazandırıb. Bu isə Azərbaycanı 26-cı pilləyə yüksəldib. Bununla da ölkəmiz Bolqarıstan və Sloveniyanı arxada qoyub.

 

Hazırda Azərbaycanın hesabında 13.250 reytinq xalı var və o ən yaxın izləyicisindən 0,125 xal öndədir. Azərbaycanın izlədiyi ən yaxın ölkə isə Norveçdir (16.250). 


Digər xəbərlər

Xəbər xətti