Bakı Olimpiya Stadionunun ot örtüyü dəyişdirilir

13:25 21 Avqust 2015

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Bakı Olimpiya Stadionuna baxış keçirməsi ilə əlaqədar açıqlama verib. Sportarena.az futbolxeber.az saytına istinadən xəbər verir ki, E.Məmmədov deyib ki, Avropa Oyunlarından sonra Gənclər və İdman Nazirliyində iclas keçirilib:

“Orada hazırlıq planı tərtib edildi. Bildiyiniz kimi, UEFA stadionumuza müvafiq kateqoriya verməlidir. Onlar arenaya baxış keçirdikdən sonra çatışmayan cəhətləri bizə bildirdilər. Çatışmazlıqlardan biri ot örtüyüdür ki, bunu da bilirdik. Çünki Avropa Oyunlarının bağlanış mərasimindən sonra qazonun dəyişdirilməsi mütləq idi”.

 

E.Məmmədov qeyd edib ki, artıq dünəndən etibarən stadiona yeni qazon quraşdırılır: “Bundan başqa, soyunub-geyinmə otağına da lazımi mebellər alınmalıdır. Həmin mebellər də sifariş olunub. UEFA-nın növbəti baxışına qədər hər şey qaydasında olacaq”.

 

AFFA rəsmisinin sözlərinə görə, UEFA nümayəndələrinin stadiona növbəti baxışı böyük ehtimalla sentyabrında 5-20-i aralağında baş tutacaq: “Biz öhdəlikləri üzərimizə götürmüşük və həmin vaxta qədər bütün çatışmazlıqlar aradan qaldırılacaq”.


Digər xəbərlər

Xəbər xətti