"Avropa Liqasının pley-off mərhələsində səfərdə "Atromitos" üzərində qələbə münasibətilə "Fənərbaxça"nı nə qədər təbrik etmək gərəkdirsə, Azərbaycan klubu "Qarabağ"ın "Yanq Boyz" üzərində qələbəsindən də bir o qədər qürur duymalıyıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Turan" (hazırkı "Turan-Tovuz") klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib. "Qarabağ"ı Avropa Liqasının pley-off mərhələsində səfərdə İsveçrə təmsilçisi "Yanq Boyz" üzərində qələbə (1:0) münasibəti ilə təbrik edən "Gənclərbirliyi"nin məşqçisi şəxsi "Facebook" hesabında bunları yazıb:
"Qarabağ torpaqlarının sadəcə Azərbaycana aid olduğunu idman vasitəsilə Avropaya sübut etməkdən daha gözəl bir yol yoxdur. Təbriklər Türkiyə, qürur duy, can Azərbaycan!".