Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Çexiya yığması ilə qarşılaşan millimiz 4:5 hesabı ilə məğlub olub. Futbolçularımızdan Sabir Allahquliyev dubl edib. Hərəyə 1 dəfə Ramil Əliyev və Amid Nəzərov fərqlənib.
Xatırladaq ki, millimiz turnirdəki ilk oyununda Rumıniya yığmasına 5:6 hesabı ilə uduzmuşdu.