"Xəzər Lənkəran"dan 4 pilləlik irəliləyiş

16:57 21 Avqust 2015

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA klubların reytinq sıralamasında dəyişiklik baş verib. Sportarena.az xəbər verir ki, qitə futbol qurumunun açıqladığı və 456 klubun yer aldığı siyahıda Azərbaycanı 7 komanda təmsil edir.

 

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Hesabına 0,275 xal əlavə edən ağdamlılar aktivini 11,750-yə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 133-cü yerdə qalıb.

 

“Neftçi” 9,400 xalla 1 addım irəliləyərək 159-cu pilləyə yüksəlib. 5,150 xalı olan “İnter” də bir addım irəliləyib və 252-ci yerə qalxıb.

 

“Qəbələ” əmsalını 4,400-ə çatdırıb. Bununla da “qırmızı-qaralar” 279-cu pillədə qalıb. 4 pillə irəliləyən “Xəzər Lənkəran” (4,400) 288-cı pilləyə sahib olub. Hərəyə 2 pillə irəliləyən “Bakı” və AZAL (hər ikisi 2,900) 347-ci yerə şərikdi.

 

Qeyd edək ki, siyahıya 142,885 xalı olan İspaniya “Real”ı başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti