Federasiya azarkeşlərin Azərbaycana gəlməsinə qadağa qoydu

11:34 22 Avqust 2015

"Avro-2016"nın seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin azarkeşləri ölkəmizə gəlməyəcək. Sportarena.az xəbər verir ki, Xorvatiya Futbol Federasiyası azarkeşlərin yığmamız, Norveç və Malta ilə səfər oyunlarına getməyinə qadağa qoyub. XFF azarkeşlərin irqçi hərəkətlərinin qarşısını almaq üçün bu qərarı qəbul edib.

 

Qeyd edək ki, bundan əvvəl "Avro-2016"nın seçmə mərhələsində Splitdə keçirilən Xorvatiya - İtaliya oyununda (1:1) meydançanın qazonuna faşizm simvolu olan qamalı xaç çəkilib. Bu səbəbdən UEFA Xorvatiya millisinin 1 xalını silib və 100 min avro məbləğində cərimələyib. Qitənin ali futbol qurumu milliyə iki matç doğma meydanda azarkeşsiz oynama cəzası da verib.

Beləliklə, xorvatiyalı futbolçular sentyabrın 3-də və 6-da Azərbaycan və Norveç, oktyabrın 13-də isə Malta ilə oyunlarda azarkeş dəstəyi olmadan oynayacaqlar.


Digər xəbərlər

Xəbər xətti