Premyer Liqanın 3-cü turunun bir oyunun başlama saatı yenidən dəyişdirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" - "Sumqayıt" 18:30-da deyil, 18:15-də başlayacaq. Qarşılaşmanın vaxtının dəyişdirilməsinə səbəb havanın tutqun olması göstərilib.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.