21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, sentyabrda “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək komandanın heyətinə 23 futbolçu cəlb olunub.
Onlardan ikisi azərbaycanlıdır. Moskva "Spartak"ından Ayaz Quliyevlə "Zenit"in "Rubin"ə icarəyə verdiyi Ramil Şeydayev Rusiya millisinə dəvət alıb.
Qeyd edək ki, millimizlə eyni qrupda yer alan Rusiya yığması sentyabrın 4-də Finlandiya, 8-də Avstriya ilə qarşılaşacaq.