“Qəbələ” Azərbaycan Premyer Liqasının III turunun hazırlığını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Kəpəz”lə ev oyununa Qəbələ şəhər stadionunda hazırlaşır.
UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) Bakıda keçirilən ilk oyunundan (0:0) sonra məşqlərə ara verməyən komanda Qəbələyə qayıdaraq, ilk məşqini gerçəkləşdirib.
Dünən baş tutan axşam məşqinə “Qəbələ” tam heyətlə çıxıb. İtkisiz hazırlaşan komanda əsasən toplu çalışmalara üstünlük verib
Xatırladaq ki, “Qəbələ” – “Kəpəz” matçı avqustun 23-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.