"Qırmızı vərəqə oyunun qırılma nöqtəsi oldu" - "Xəzər-Lənkəran"ın futbolçusu

23:30 22 Avqust 2015

"Oyuna yaxşı başlamadıq. Çoxlu səhvlərə yol verdik. Ancaq ikinci hissə bizim üçün yaxşı başladı. Sadəcə, qırmızı vərəqə oyunun qırılma nöqtəsi oldu. Bu isə oyunumuza mənfi təsir göstərdi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov deyib. CBC telekanalına danışan gənc futbolçu oyun haqda fikirlərini bölüşüb. Cəfərov matçın son dəqiqələrində komandasına qazandırdığı penalti epizoduna da şərh verib:

 

"Penalti epizodu haqda onu deyə bilərəm ki, hakim doğru qərar verdi. Topa ilk mən çatdım. Sonra rəqibin ayağı mənə dəydi. İlişib yıxıldım".

 

Sonda isə gənc forvard milli komandaya dəvət almasına münasibət bildirib: "Məqsədim əsas millidir. 18 yaşım var. Yaşım az olsa da, millidə oynayıb ölkəm üçün vuruşmaq istəyirəm".


Digər xəbərlər

Xəbər xətti