Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında üçüncü turun növbəti oyunları keçirilib. Sportarena.az xəbər verir ki, "Qarabağ" səfərdə AZAL-la qarşılaşıb. Matç Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Doğma meydanda "Kəpəz"i qəbul edən "Qəbələ" rəqibini 2:1 hesabı ilə məğlub edib.
"Neftçi" - "Sumqayıt" görüşündə isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "İnter" oyunu ilə yekun vurulacaq.
22 avqust
Əvəzedicilərin çempionatı
AZAL - “Qarabağ” - 0:3
Qollar: Elmir Namazov, 13 (0:1), Elvin Nəsibov, 83 (0:2), 89 (0:3)
“Qəbələ” - “Kəpəz” - 2:1
Qollar: Vəzir Musayev, 3 (1:0), 26 (2:0), Şikar Abbasov, 89 (2:1)
“Neftçi” - “Sumqayıt” - 1:1
Qollar: Nurxan Mənsimzadə, 73 (1:0), Tural Rzayev, 90+1-pen (1:1)