"Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın III turunun açılış oyununda "Rəvan"la 1:1 hesablı heç-heçəni şərh edib:
"İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlanıb, 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq".