Emin Quliyev hakimlərdən narazıdı: "Penalti yox idi"

23:42 22 Avqust 2015

"Oyun maraqlı keçdi. Bir daha vurğulayım ki, biz 20 günə komanda formalaşdırmışıq. Çatışmayan cəhətlərimiz çoxdur. Bunların üzərində işləmək lazımdır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının üçüncü turunda "Xəzər Lənkəran"la bərabərə qaldıqları oyundan (1:1) sonra deyib. O, qarşılaşmanın hakimlərindən narazı olduğunu bildirib:

 

"Məncə, penalti yox idi. Bunu aydınlaşdırarıq. Amma baxanlar penaltinin olmadığını deyir".

 

Quliyev komandasını bir xal münasibəti ilə təbrik edib: "Xəzər Lənkəran"a isə uğurlar arzulayıram".


Digər xəbərlər

Xəbər xətti