19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqada təşkil olunmuş “Baltic Cup” turnirində ikinci oyununu keçirib. Sportarena.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 4:0.
Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze və Aysun Əliyeva fərqlənib.
Yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub etmişdi.
Komandamız avqustun 23-də Estoniya yığması ilə qarşılaşacaq.