Millimizin sabiq üzvündən het-trik

13:15 23 Avqust 2015

Latviya 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "1625 Liepaya" klubu da növbəti matçına çıxıb.

 

Vüqarın komandası səfərdə "Preilu" ilə qarşılaşıb. Matç qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşdə het-trikə imza atıb.

 

Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi "1625 Liepaya" klubundakı 9-cu qoludur. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti