Emil Balayev lazım olmadı, "Ayntraxt" xal itirdi

14:37 23 Avqust 2015

Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti oyununa çıxıb.

 

Frankfurt təmsilçisi doğma meydanda "Auqsburq"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Emilin adı bu oyunun iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 1 xalla 12-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti