19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirinin qalibi olub.
Sportarena.az xəbər verir ki, turnirin son oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 5:0.
Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelgo fərqlənib.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub edib.