Premyer Liqanın III turunda səfərdə "Qəbələ"nin qonağı olan "Kəpəz" dəstəksiz qalmayacaq. Belə ki, komandanı dəstəkləmək üçün təxminən 300 azarkeş Qəbələyə yola düşüb.
Bu barədə Sportarena.az-a açıqlamasında "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev məlumat verib. Onun sözlərinə görə, azarkeşlər üçün 5 avtobus ayrılıb:
"Bu gün Qəbələdə "Kəpəz"i tək qoymayacağıq. Hardasa 300 Gəncə azarkeşi əyalətdə sevimli komandasını dəstəkləyəcək. Sağ olsun şəhər İcra Hakimiyyəti, Müşahidə Şurası, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, azarkeşlər üçün hər bir şərait yaradıblar. 5 avtobus ayrılıb. Hər birinə minnətdarlığımızı bildiririk".
Qeyd edək ki, "Qəbələ" - "Kəpəz" oyunu 21:00-da başlayacaq.