“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm. Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidir".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının üçüncü turunda " Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, bildirib ki, komandasının potensialı olsa da, problemləri çoxdur:
"Həmin problemi yoluna qoymalıyıq. Futbol aqressiv oyundur. Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdur. Sadəcə, ədalət tərəfdarıyam”.