"Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb" - Qriqorçuk

00:35 24 Avqust 2015

"Futbolçular tərəfindən oyun ərzində müdafiədən hücuma keçmək cəhdləri oldu. Bu zaman səhvlərimiz vardı. Amma oyunçular işi görməyə çalışdılar".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis Premyer Liqanın III turunda "Kəpəz" üzərində qazanılan minimal hesablı qələbəyə şərh verib:

 

"AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik. Futbolçuları oynatmaq lazımdır ki, onlar kollektivə uyğunlaşsınlar. Azərbaycan çempionatının öz reqlamenti var. Ona görə də biz tez-tez iki fərqli heyətə güvənirik. Mənim üçün indiki məqamda nəticə çox önəmlidir. Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək. Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb.

 

Qriqorçuk sonda "Panatinaikos"la keçirəcəkləri oyun haqda da danışıb: "Avropa Liqasında güclü komandaya qarşı oynayacağıq. Var gücümüzlə çalışacağıq ki, nəticə qazanaq. Nəticə çox önəmlidir".


Digər xəbərlər

Xəbər xətti