"Neftçi" klubunun fanatları "Sumqayıt"la qarşılaşmanı boykot edərək stadiona getməyiblər.
Sportarena.az xəbər verir ki, buna səbəb ötən tur "İnter"ə məğlubiyyətə etiraz edən bir azarkeşin stadiona daxil olarkən Araz Abdullayev və Rahil Məmmədovla dalaşması,nəticədə polislər tərəfindən həbs olunmasıdır.
Qeyd edək ki, həmin azarkeşə 5 günlük həbs verilmişdi.Bütün bunlara etiraz edən klubun fan klublarının hamısı "Sumqayıt"la görüşü boykot etməyə qərar veriblər. Oyunu izləyən tək-tük azarkeş isə klub rəhbərliyinə etiraz olaraq stadionda plakat açıblar.