Karyerasını Türkiyədə davam etdirən millimizin qapıçısı Kamran Ağayev cari mövsümdə ilk qələbəsini qazanıb. Sportarena.az xəbər verir ki, təcrübəli qolkiperin formasını geydiyi "Karşıyaka" doğma azarkeşləri önündə "Şanlıurfaspor"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə Karşıyaka təmsilçisi 7-ci pilləyə yüksəlib.