"Qəbələ" nümunəvi addım atıb. Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, dünən Azərbaycan Premyer Liqasının üçüncü turunda keçirilən "Kəpəz"lə oyundan əvvəl "Qəbələ" futbolçuları ali təhsil müəssisələrinə imtahan zamanı ən yüksək bal toplamış və tələbə adını qazanmış üç Qəbələ sakininə hədiyyələr təqdim edib.
Zöhrə Siracbəyli (695 bal), Təranə Şirinbəyli (695 bal) və Xəyalə Əfəndiyeva (700 bal) noutbuk və pul mükafatını müvafiq olaraq Ürfan Abbasov, Aleksey Qay və Luis Hilario Dododan alıblar.