Bir neçə gün əvvəl həbs edilən "Neftçi" klubunun azarkeşi Nurlan Əziz azadlığa buraxılıb. Spportarena.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. 5 sutka təcridxanada yatan Nurlan dünən azadlığa çıxaraq doğmalarına qovuşub.
Qeyd edək ki, Nurlan Əziz Premyer Liqanın "İnter" - "Neftçi" qarşılaşmasından sonra doğma komandasının məğlubiyyətini həzm etməyərək futbolçulara etirazını bildirib. "Neftçi"nin futbolçuları ilə azarkeş arasında baş verən insidetdən sonra polislər Nurlan Əzizi həbs ediblər.
"Neftçi" klubunun rəhbərliyi isə bəyanat yayaraq azarkeşin kənar şəxs olduğunu bildirib. Bir sözlə, onlar öz azarkeşlərinə sahib çıxmayıblar.