"Neftçi İdman Klubu"nun cüdoçuları dünya çempionatında

13:05 24 Avqust 2015

Bu gün Qazaxıstanın Astana şəhərində cüdo üzrə dünya çempionatına start verilir. Sportarena.az xəbər verir ki, avqustun 30-dək davam edəcək yarışda 120 ölkədən 729 cüdoçu (432 kişi, 297 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

 

Mundial iştirakçıları arasında Azərbaycan yığması da təmsil olunacaq. Milli komandamızın heyəti bütünlüklə "Neftçi İdman Klubu”nun yetirmələrindən təşkil olunub. Dünya çempionatında ölkəmizi klubun altı cüdoçusu - Nicat Şıxəlizadə, Hidayət Heydərov (hər ikisi 66 kq), Hüseyn Rəhimli (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) təmsil edəcək.

 

Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya çempionatı bu ilin təqvimində ən əhəmiyyətli cüdo yarışıdır. Belə ki, bu turnir 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Olimpiya Oyunlarınadək təsnifat dövrünün sonuncu dünya çempionatıdır.

 

neftchi.org


Digər xəbərlər

Xəbər xətti