"Erkən qol vurmaqla cütün taleyini həll etməliyik" - "Panatinaikos"un futbolçusu

13:37 24 Avqust 2015

"Qəbələ" ilə ilk oyunda xeyli qol imkanlarımız oldu. Lakin bunların heç birindən yararlana bilmədik. Doğrudur, qapımızı toxunulmaz saxladıq. Ancaq səfərdə qol vurmaq önəmli idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Panatinaikos"un futbolçusu Nikos Kaltsas deyib. 25 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə cavab matçının çətin keçəcəyini bildirib:

 

"İlk oyunun nəticəsindən çox şey asılıdır. Cavab görüşü çətin keçəcək. Oyun ərzində çox hücumlar təşkil etsək də, son nöqtəni qoya bilmirik. Bunun üzərində çox çalışmalıyıq. Ancaq ilk öncə bu axşam superliqada "Panetolikos"la önəmli matçımız var. Bu görüşdən sonra "Qəbələ" ilə oyun haqda düşünəcəyik. Qrup mərhələsinə yüksələcəyimizə inanıram. Bunun üçün erkən qol vurmaqla cütün taleyini həll etməliyik".

 

Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək. Bakıda baş tutan ilk görüşdə hesabı açılmayıb.


Digər xəbərlər

Xəbər xətti