Premyer Liqanın III turunda "Neftçi"nin "Sumqayıt"ı məğlub etməsi oyunöncəsi yayılan söz-söhbətləri bir qədər də gücləndirib. Məlum olduğu kimi, hələ matçdan əvvəl "gənclik şəhəri" təmsilçisinin 3 xalı "ağ-qaralar"a hədiyyə edəcəyi söylənilirdi. Düzdü, tərəflər bu xəbərləri təkzib etmişdilər. Hətta "Sumqayıt"ın prezidenti Kamran Quliyev saytımıza müsahibəsində yayılan xəbərləri şayiə adlandırmış, bunun mümkün olmadığını vurğulamışdı.
Amma "Sumqayıt"ın məğlubiyyəti yeni detalların üstünü açıb. Sportarena.az-ın əldə etdiyi özəl məlumata görə, oyunöncəsi yayılan xəbərlər əsassız deyilmiş. Sadıq Sadıqovu klubdan kənarlaşdıraraq, "Neftçi"ni də öz kurasiyasına keçirən Elxan Məmmədovun doğrudan da belə bir tapşırıq verdiyi üzə çıxıb. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun "Neftçi"nin kapitani Araz Abdullayeve dediyi bu sözləri isə yazılanların əyani sübutudur: "Araz brat, narahat olma. Elxan müəllim tapşırıb, bu gün oyunu verəcəyik sizə".
Həm "Sumqayıt", həm də "Neftçi" Elxan Memmedovun nəzarətindədir. Məlumolduğu kimi, Elnur Məmmədov da AFFA-nın baş katibinin kadrıdır. İndiyə kimi "Sumqayıt"ı əzizləyən baş katib "Neftçi"yə ögey münasibət bəsləmək istəmir. Odur ki, komandanın çətin durumda olduğunu görən Məmmədovun tam səlahiyyəti çatır ki, "Sumqayıt"a belə bir tapşırıq versin. "Sumqayıt"da öz növbəsində əsas sahibinin sözünü yerə salmayıb. Təki Elxan Məmmədovun digər kadrı Elnur Məmmədovun işləri qaydasına düşsün.