"MY" Futbol Məktəbində növbəti seçimlər

15:17 24 Avqust 2015

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Məktəbinə uşaq seçimi prosesinin növbəti mərhələsini başa çatdırıb.

 

Sportarena.az xəbər verir ki, Bayıl stadionunda təşkil olunmuş seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqların seçimində 54 nəfər iştirak edib.

 

Qeyd edək ki, seçimlər “Mançester Yunayted” Futbol Məktəbindən ezam olunan məşqçi Mick Benett, Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.


Digər xəbərlər

Xəbər xətti