"Xəzər Lənkəran" baxışda olan legionerlərlə bağlı nə vaxt qərar verəcək?

16:11 24 Avqust 2015

Məlum olduğu kimi, "XəzərLənkəran"ın düşərgəsinə 2 yeni legioner qoşulub. Sportarena.az xəbər verir ki, serbiyalı Milorad Janjus və xorvatiyalı Sanin Muminoviç cənub təmsilçisində baxışdadır.

 

Ancaq komandanın baş məşqçisi Yunis Hüseynov əcnəbilərlə bağlı qərar verməyə tələsmir. Klubdan saytımıza verilən məlumata görə, onların komandakı taleyinə yaxın günlərdə aydınlıq gələcək.

 

Hüseynov yaxın 2 gün ərzində yekun qərarını rəhbərliyə bildirəcək. Baş məşqçi razı qalsa, həm hücumçu Janjus, həm də müdafiəçi Muminoviçlə müqavilə imzalanacaq.


Digər xəbərlər

Xəbər xətti