"Motivasiya, inam və Prosineçkinin sehrli əli"

17:46 24 Avqust 2015

"Prosineçki Xorvatiya ilə bağlı hər şeyi bilir. Özü də yığma komandamızda işləmiş adamdır. Onun üçün heç bir sirr yoxdur. Neçə il birgə futbol oynamışıq, münasibətlərimiz əla olub. O, zəif və fərqli bir yığma komandanı öhdəsinə götürməklə ona yeni sima verdi. Bu komandanın artıq öz oyun üslubu var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib. Gənc mütəxəssis AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb:

 

"Prosineçkili Azərbaycan yığması modern, çox ciddi bir komandaya çevrilib. Futbolçu kimi hücumlar qurmaqda necə maraqlı idisə, məşqçi kimi də komandasını top saxlamağa, hücuma atılmağa məcbur edir. Prosineçki "Barselona"nın oyun üslubunu təkrarlamağa çalışır. Lakin sərəncamındakı futbolçular zəif olduğundan onun bütün tələblərini yerinə yetirə bilmirlər".

 

Kovaç Bakıda da 6:0 hesabıyla qalib gələcəklərinə inanmadığını bildriib: "Osiyekdəki qarşılaşmanın nəticəsinin təkrarlanacağına, altı cavabsız qol vuracağımıza inanmıram. Bakıda tam fərqli oyun olacaq. Matç səfərdə olacaq və mümkündür ki, 35 dərəcə istidə oynayaq. Çətin olacaq. Azərbaycan yığmasında indi hər şey yenidir: motivasiya, inam və Prosineçkinin sehrli əli".


Digər xəbərlər

Xəbər xətti