"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Elvin Beqirinin Sportarena.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsuz?
- Artıq futbolu atmışam. 2 ay bundan əvvəl karyeramı başa vurdum.
- Səbəbini bilmək olar?
- 35 yaşım var. Düşündüm ki, artıq bəsdir, getmək vaxtıdır.
- Bundan sonra nə etməyi düşünürsüz? Yenə futbolun içində olacaqsız, yoxsa özünüzü başqa sahədə sınayacaqsız?
- Hələlik dincəlirəm. Futboldan ayrılmaq istəmirəm. Böyük ehtimalla, yenə bu sahədə çalışacam.
- Yəqin ki, məşqçiliyə başlayacaqsız...
- Bəli. Mənim lisenziyam var. Futbolçu karyeramı bitirdikdən sonra məşqçi işləmək istəyirəm.
- Hər hansı təklif almısız?
- Hə, təklif var idi. "Vlaniya"nın gənclərdən ibarət komandasını çalışdırmaq təklif olunmuşdu. Amma heç nə demədim. Hələ ki, ailəmə bir az vaxt ayırmaq istəyirəm. Ondan sonrasına baxarıq.
- Karyeranızın 2 ilini "Xəzər Lənkəran"da keçirmisiz. Bu komandanı necə xatırlayırsız?
- Bu komandada 2 gözəl mövsüm keçirmişəm. Hər kəs mənə hörmət edirdi. Ona görə də "Xəzər Lənkəran"ı, xüsusilə də azarkeşlərini unuda bilmərəm. Mənə görə Azərbaycanın ən yaxşı komandasıdı.
- Sabiq komandanızla maraqlanırsız, oyunlarını izləyirsiz?
- Əlbəttə. Amma həmişə yox. Vaxtım olanda izləməyə çalışıram.
- Sonuncu dəfə hansı oyununa baxmısız?
- Oyunlara baxmaq imkanım olmur. Amma nəticələrini diqqətdə saxlayıram, İnternet saytlarında oyunlarının icmallarına baxıram.
- Sizin oynadığınız dövrdəki "Xəzər Lənkəran"la indiki arasında çox fərq var? Kənardan baxanda nə kimi dəyişiklik görürsüz?
- Bilirəm ki, ötən mövsüm "Xəzər Lənkəran" çempionatda yaxşı yer tuta bilmədi. Bu, belə komanda üçün yaxşı haldeyil. Onu da bilirəm ki, büdcə ilə bağlı problemlər oldu. Çoxlu yeni futbolçular gəldi ki, bu da komanda üçün problem yaratdı.
- Gələcəkdə nə vaxtsa "Xəzər Lənkəran"da işləmək istərdiz?
- Niyə də olmasın. Lənkəran futbolu sevir. Bu klubda işləmək mənim üçün çox xoş olardı.