Topaz Premyer Liqasının 3-cü turunda səfərdə "Zirə"nin qonağı olan "İnter" 1 xal qazanıb. Sportarena.az xəbər verir ki, "bankirlər"in baş məşqçisi Zaur Svanadze qolsuz bərabərə qaldıqları matçı şərh edib:
"İlk hissədə zəif oynasaq da, ikinci hissədə oyunumuzu tapdıq. Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır. Xüsusən də qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam".