"Oyunun sonlarında bir qədər boşluqlar buraxdıq" - Adil Şükürov

23:42 24 Avqust 2015

"Biz gözlədiyimizdən də çətin oyun alındı. "İnter"in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. "Zirə" isə hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm".


Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 3-cü turunda "İnter"lə matçdan (0:0) sonra deyib. O, bu gün açıq futbol sərgilədiklərini vurğulayıb:

 

"Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı matçlara hazırlaşmalıyıq".


Digər xəbərlər

Xəbər xətti