AFFA ən böyük cəzanı "Xəzər Lənkəran"a kəsdi

13:02 25 Avqust 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Premyer Liqanın 3-cü turundakı bəzi qayda pozuntularna hüquqi qiymət verib.

 

Topaz Premyer Liqasının III turunun “Xəzər Lənkəran” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Oyunun 48-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.


"Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

"Zirə” – “İnter” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti