AFFA AZAL-ı "başsız" qoydu

13:41 25 Avqust 2015

AFFA AZAL-ın baş məşçqisi Tərlan Əhmədovu cəzalandırıb. Sportarena.az xəbər verir ki, buna onun Topaz Premyer Liqasının üçüncü turunda “Qarabağ”la matçın 82-ci dəqiqəsində hakimə qarşı emosional şəkildə etiraz etməsi səbəb olub.

 

Etdiyi hərəkətə görə hakim tərəfindən texniki zonadan kənarlaşdırılan T.Əhmədova AFFA 1 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, T.Əhmədov 4-cü turda "Kəpəz"ə qarşı görüşü tribunadan izləməli olacaq.

 

Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti